Bu gün bütün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Avropanın 16 ən güclü komandası 8 cütlük təşkil edəcək. Klublar qrup mərhələsində tutduğu yerlərə görə səbətlərə bölünəcək.
Qrup qalibləri 1-ci, ikinci yer sahibləri isə 2-ci səbətdə yer alacaq. Eyni qrupdan çıxan komandalar bir-birinə rəqib ola bilməyəcək. Həmçinin, eyni ölkə təmsilçiləri 1/8 finalda qarşılaşmayacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 2017-ci il fevralın 14-15 və 21-22-i, cavab oyunları isə martın 7-8 və 14-15-də keçiriləcək.
Çempionlar Liqası
1/8 final
Qrup qalibləri
“Arsenal” (İngiltərə)
“Atletiko” (Madrid, İspaniya)
“Barselona” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya)
“Lester” (İngiltərə)
“Yuventus” (İtaliya)
“Monako” (Fransa)
“Napoli” (İtaliya)