FİFA futbolda yeni qayda tətbiq etməyə hazırlaşır.
Ali futbol qurumu komandaların heyətində yalnız kapitanların baş hakimlə danışmasına icazə verəcək qanun üzərində işləyir.
Bu barədə qurumun texniki məsələləri üzrə məsul şəxs - hollandiyalı sabiq futbolçu Marko van Basten açıqlama verib: "Matç zamanı xeyli sayda futbolçu hakimə etiraz edir. Bu addımla futbolçuların daha yaxşı hərəkət etmələrini təmin edəcəyik".