İslahatlara hökumətdən başlamaq lazımdır. Çünki hökumət imzaladığı büdcəni icra edə bilmir”, - “Facebook” səhifəsində iqtisadçı Nemət Əliyev belə yazıb.
İqtisadçı dövlət büdcəsinin gəlirlərinin noyabrda 57 faiz azaldığını söyləyir:
“Əgər oktyabrda büdcəyə 2 milyard daxil olmuşdusa, noyabrda bu göstərici 1 milyard 138 milyon azalıb və 862 milyon manata düşüb. Sonuncu göstərici büdcə qanunu ilə nəzərdə tutulan orta aylıq normadan da 39 faiz azdır. Büdcəyə daxilolmaların 11 aylıq həcmi isə proqnoz göstəricidən 2,5 milyard manat və ya 16 faiz az olub”.
Nemət Əliyev deyir ki, hökumət dövlət büdcəsi hesabına 3 milyard manatlıq maliyyələşməni də həyata keçirə bilməyib. Buna görə “yanvar-noyabr” dövründə nəzərdə tutulan maliyyələşmənin 18 faizi kəsirdə qalıb:
“Lakin itkilər bununla bitməyib. Manatın nisbətən yaxşı alıcılıq qabiliyyəti göstərdiyi aprel, may, iyun və iyul aylarında Neft Fondu üzərinə düşən öhdəliyi yerinə yetirməyərək dövlət büdcəsinə 2,4 milyard manatlıq ödəməni həyata keçirməyib. Aprel ayının ödəmə öhdəliyi sentyabr və oktyabr aylarında hissə-hissə icra olunsa da, sonrakı 3 ayın ödənişləri hələ də qalmaqdadır”.
