“Bakı kart” terminalları Mərkəzi Bankın buraxdığı yeni qəpikləri qəbul etməyib.
Metal pullarla bağlı yaranan bu problem artıq həll olunub.
Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Bakı Nəqliyyat Agentliyinin 1 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında bildirib ki, səbəb isə terminalların yeni qəpikləri tanımaması ilə bağlı olub. Bundan başqa, avtobuslarda nağd ödənişlə bağlı məsələlər də müzakirə edilir:
“Köhnə avtobuslarda nağdsız keçid məsləhət görülmür. Bu yeni avtobuslarla tam təmin olunandan sonra mümkündür. O vaxta qədər isə biletli satış nəzərdə tutulub. Bu həm avtobus həm də taksilərə aiddir”.