Mədəniyyət

Claptonun gitarası 45 000 dollara satıldı

1 dəqiqə
Claptonun gitarası 45 000 dollara satıldı
ABŞ-ın Texas ştatında keçirilən auksionda dünyaca məhşur "blues" ifaçısı Eric Claptonun gitarası 45 000 dollara satıldı.
Fender Stratocaster markalı gitaranın satışından əldə olunan gəlir texaslı musiqiçi Johnny Nicholasın qan xərçəngindən vəfat edən həyat yoldaşının xəstəxana məsrəfləri üçün xərclənəcək
Gitaranın alacısı adının gizli qalmasını istəyib.
Xatırladaq ki, britaniyalı musiqiçi həmin gitarada keçən il 70 illik yubiley konsertində ifa etmişdi.
 

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun