İqtisadiyyat

Dünya Bankı bu il üçün neftin orta qiymətinin proqnozunu artırıb

1 dəqiqə
Dünya Bankı bu il üçün neftin orta qiymətinin proqnozunu artırıb
Dünya Bankı 2016-cı il üçün neftin orta qiymətinin proqnozunu artırmaq haqda qərar qəbul edib.
Bank neftin bir barelinin orta qiymətinin proqnozunu  2016-cı il üçün iki dollar artıraraq 43 dollara yüksəldib.
Məlumata görə, qərara səbəb ikinci rübdə tədarükün azalması və tələbatın artması olub.
Bununla yanaşı, Kanadada tüğyan edən yanğınlar və Nigeriyada neft infrastrukturundakı problemlər də qərarın verilməsinə öz təsirini göstərib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun