İqtisadiyyat

Bakıda "Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya" enerji halqasının yaradılması müzakirə olunub

1 dəqiqə
Bakıda "Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya" enerji halqasının yaradılması müzakirə olunub
Paytaxt Bakıda "Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya" enerji halqasının yaradılması barədə texniki şərtlər müzakirə olunub.
Müzakirələrdə Rusiyanın "Rosseti", "İnter RAO", "Gürcüstanın Dövlət Elektrik Sistemi"nin və "Azərenerji" ASC-nin rəsmiləri iştirak edib.
Tədbirdə həmçinin sözügedən halqa vasitəsilə elektrik enerjisinin nəqlinin tənzimlənməsi mexanizmi müzakirə edilib.
Tərəflər yuxarıda qeyd edilən məsələlərlə bağlı informasiya mübadiləsinin aparılmasına dair razılıq əldə edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun