İqtisadiyyat

Dövlət Neft Fondu 29 banka 49,1 mln. dollar satıb

1 dəqiqə
Dövlət Neft Fondu 29 banka 49,1 mln. dollar satıb
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan verilən məlumata görə, bu vəsaitdən 49,1 mln. dollar məbləğində vəsait 29 banka satılıb.
Qeyd edək ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun