İqtisadiyyat

Dövlət Neft Fondu 28 banka 49,4 mln. dollar satıb

1 dəqiqə
Dövlət Neft Fondu 28 banka 49,4 mln. dollar satıb
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan verilən məlumata əsasən, bu vəsaitdən 49,4 mln. dollar məbləğində vəsait 28 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun