Bankların dollara olan tələbatı sürətlə artır. Dövlət Neft Fondunun (DNF) bu gün keçirdiyi hərracda bankların dollara tələbi təklif edilən vəsaitdən 14 dəfə çox olub. Banklar ən azı 700 milyon dollar almağa hazırdılar.
Dollara tələbatın bu qədər yüksəlməsi ilk növbədə süni amillərlə bağlıdır. Əhalinin bu prosesdə rolu çox zəifdir. Əksinə bankların yaratdığı dollar ajiotajı sadə vətəndaşı da əlindəki son manatını belə dollara çevirməyə sövq edir.
Ən çox borcu olan banklar hansılardır?
Eyni zamanda Mərkəzi Bank valyuta hərracına az miqdarda dollar çıxardığından bazarda valyuta qıtlığı yaranıb.
Ekspertlərin yanaşmasına görə, dollara tələbin artmasında səbəblərdən biri bankların borc öhdəlikləri ilə bağlıdır. Yəni, oktyabr ayından başlayaraq, yerli banklar xarici borclanma üzrə öhdəlikləri ödəməyə başlayacaqlar və ödəniş vasitəsi təbii ki, dollarladır. Ona görə də onlar indidən payız hazırlıqları görməyi düşünürlər.
Ən çox xarici borcu olan banklar sırasında Azərbaycan Beynəlxalq Bankı, “Bank Standart”, “Unibank”, “Bank Respublika”nın adları yer alıb.
Banklar xarici borclardan qurtulmağa çalışırlar
İqtisadçı ekspert Ramin Rəhimov bildirib ki, bankların iri həcmdə dollar tələbinin əsas səbəbi kimi xarici borclanmadan yaxa qurtarmaq istəməkləridir:
“İndiyə qədər banklar xarici borclarını qaytara bilmədikdə vaxtı uzadırdılar. Artıq limit bitib və onlar borcdan qurtarmaq istəyirlər. Üstəlik dollar bahalaşdıqca borclar da artır. Ona görə də banklar bacardıqları qədər çox dollar alaraq borclarını bağlamağa çalışırlar. Bu səbəbədən tələbi artırıblar”. (ardı aşağıda)
