2016-cı ilin birinci yarısında “Pasha Bank”ın 92,7 milyon manat gəlir əldə etdiyi bildirilir. Qazanc 27,6 milyon manat göstərilir.
Turan-ın xəbərinə görə, bank qazancdan 7 milyon manatdan artıq vəsaiti vergilərə ayırıb. Xəbərdə qeyd edilir ki, “Pasha Bank”ın xalis mənfəəti 20,3 milyon manat təşkil edib. Son 12 ayda bankın aktivlərinin artdığı bildirilir.
Xəbərdə qeyd edilir ki, 1 milyard 644 milyonluq aktiv 2 milyon 38 milyon manata yüksəlib. Bankın kredit portfelinin də 644 milyondan 730 milyon manata qalxdığı bildirilir. Cəlb edilən depozitin həcminin də iyulun 1-də 1 milyard 274 milyon manata çatdığı açıqlanır. Depozitlərdəki artım ümumi vəsaitin üçdə biri qədər göstərilir.
