İqtisadiyyat

Paytaxtın üç rayonunun su təchizatı məhdudlaşdırılır

1 dəqiqə
Paytaxtın üç rayonunun su təchizatı məhdudlaşdırılır
Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi layihəsi ilə əlaqədar olaraq ərazidən keçən magistral su xətlərinin yeri dəyişdirilir.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, bu gün ərzində Abşeron rayonunun Bağlar massivinə, həmçinin Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun