İqtisadiyyat

Rusiya aviaşirkətlərinin Azərbaycana uçuş icazəsi ləğv edilib

1 dəqiqə
Rusiya aviaşirkətlərinin Azərbaycana uçuş icazəsi ləğv edilib
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi yeddi aviaşirkətin Azərbaycan şəhərlərinə uçuşlarına verilmiş icazələrini geri götürüb.
Söhbət "Koqalımavia", "Yamal", "Saratob hava yolları", "YuTeyr", "İjavia", "Taymır" və "VİM-AVİA" şirkətlərindən gedir.
Buna səbəb kimi həmin şirkətlərin icazə aldıqdan sonra Azərbaycana uçuşlar həyata keçirməməsi göstərilib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun