İqtisadiyyat

Vergi borcuna görə 308 şəxsin ölkədən çıxışına qadağa qoyulub

1 dəqiqə
Vergi borcuna görə 308 şəxsin ölkədən çıxışına qadağa qoyulub
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, 23 avqust tarixinə vergi borcu olduğuna görə 308 şəxsin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında xarici ölkələrin 4 vətəndaşı da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun