“Forbes” dərgisi 2016-cı ildə dünyaca ən çox qazanan aktyorların siyahısını elan edib.
Dərginin versiyasına görə birinci yerdə “Qaya” ləqəbli Dwayne Johnson gəlir. O bu ildə 64,5 milyon dollar qazanıb. Bu onun keçən il qazandığından iki dəfə çoxdur. Bu il o “Yarım casus” və 2017-ci ildə ekrana çıxacaq “Forsaj 8” filmlərində oynayıb. O 2012-ci ildə Forbesə verdiyi bir müsahibəsində qazancının çoxluğunu belə izah edir: “Mən bu dünyada adam döyməyi hamıdan yaxşı bacarıram və təbəssümüm hamınınkından ürəyəyatımlıdır” (ardı aşağıda).
