Azərbaycan gələn il dövlət borclanmasına limit tətbiq edəcək
1 dəqiqə
Foto: sosial media
Azərbaycanda 2017-ci il üçün daxili dövlət borclanmasının yuxarı həddi 1 mlrd. manat, xarici dövlət borclanmasının yuxarı həddi isə 0,5 mlrd. manat həcmində nəzərdə tutulub.
Bu barədə "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.
Layihəyə əsasən, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı limiti isə 10 mlrd. manat olacaq.