İqtisadiyyat

FED-in dollarla bağlı qərarı açıqlanıb

1 dəqiqə
FED-in dollarla bağlı qərarı açıqlanıb
Amerikanın Federal Ehtiyadlar Sistemi (FED) 21 sentyabr tarixindəki iclasında uçot dərəcəsinin faizini dəyişməz saxlayıb.
Bu haqda məlumat requlyatorun press-relizində verilib.
Qeyd edək ki, mart ayında olan iclasda da FED uçot dərəcəsini dəyişməz saxlamışdı.
Hazırda uçot dərəcəsi 0,25–0,5% səviyyəsindədir.
Xatırladaq ki, Yaponiya Mərkəz Bankının (BOJ) faiz dərəcəsini sabit saxlamaq qərarından sonra FED-in bu axşam baş tutan iclasda hansı qərarı verəcəyi maraqla gözlənilirdi.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun