İqtisadiyyat

Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

1 dəqiqə
Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq
Yanvarın 10-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Qaraçuxur" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Abzas.net-in məlumatına görə, aparılan işlərin Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun