"Belə ağ yalanlarla ölkəni böhrandan çıxarmaq olmaz. Böhranın çıxış nöqtəsi durumu daha real dəyərləndirməkdən başlayır. Çünki, gerçək vəziyyəti təhrif etmək böhrana qarşı mübarizənin effektini aşağı salır".
Abzas xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədəki səhifəsində Ziyafət Əsgərovun "Azərbaycan böhrandan çıxa bildi" fikirlərinə bu cür münasibət bildirib.
İqtisadçı deyib ki, MDB ölkələri arasında ən dərin iqtisadi tənəzzül məhz Azərbaycanda qeydə alınıb:
"Rəsmi məlumatlara görə, ötən il Azərbaycanın qeyri-neft ÜDM-i 5,4 faiz azalıb, milli iqtisadiyyat isə 3,8 faiz kiçilib. Azərbaycan MDB məkaınında ötən ili mənfi göstəricilərlə başa vuran 3 ölkədən biri olub və həmin ölkələr arasında da ən dərin tənəzzül Azərbaycanda qeydə alınıb".
