İqtisadçı Zöhrab İsmayıl prezident İlham Əliyevin yanvarın 10-u Nazirlər Kabinetinin 2016-ci ilin yekunlarına dair iclasında yerli iqtisadçılar haqqında dediklərinə münasibət bildirib.
Z.İsmayıl yazır ki, prezidentin təyin etdiyi nazirlərin və müşavirlərin iki eşşəyin arpasını necə böldükləri ortadadır: "Manat 2 dəfədən çox qiymətdən düşüb. Olan-qalan qeyri-neft sahələri keçən il 5.6 faiz azalıb. Mərkəzi Bankın ehtiyatları 15 milyard dollardan 4 milyarda enib. 10 ilə 120 milyard gəlir əldə etmiş ölkədə dollar tapılmır".
