İqtisadiyyat

Prezident minimum əmək haqqını 11 manat artırdı

1 dəqiqə
Prezident minimum əmək haqqını 11 manat artırdı
Minimum aylıq əməkhaqqının artırılması haqqında İlham Əliyev sərəncam imzalayıb. 
Abzas.net-in məlumatına görə, minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib. Prezident Nazirlər Kabinetinə də tapşırıq verib ki, sərəncamdan irəli gələn məsələlərihəll etsin.
Xatırladaq ki, 2016-cı ildə minimum aylıq əmək haqqı 105 manat olub. Son qərarla minimum aylıq əmək haqqı 11 manat artırılıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun