İdman

Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib

1 dəqiqə
Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib.

Seçki bu gün UEG-in Xorvatiyanın Split şəhərindəki Baş Assambleyası çərçivəsində gerçəkləşib.

F.Qayıbov qurumun prezidenti postu uğrunda mübarizədə sloveniyalı Edvar Koları üstələyib. Bunadək o, UEG-də vitse-prezident vəzifəsində çalışıb.

Fərid Qayıbov beynəlxalq quruma rəhbərlik edəcək ilk azərbaycanlı funksioner kimi tarixə düşüb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun