İqtisadiyyat

IMF-in qiymətləndirmə missiyası martda Azərbaycana gələcək

1 dəqiqə
IMF-in qiymətləndirmə missiyası martda Azərbaycana gələcək
Mart ayının əvvəlində Beynəlxalq Valyuta Fondunun (IMF) qiymətləndirmə missiyasının Azərbaycana səfəri gözlənilir. “Report”un əldə etdiyi məlumata görə, missiya Azərbaycan iqtisadiyyatı ilə bağlı icmal hesabat hazırlayacaq.
Səfər çərçivəsində IMF rəsmilərinin Azərbaycan hökumətinin iqtisadi blokuna daxil olan qurumların rəhbərləri ilə görüşməsi də planlaşdırılır: “IMF-in Azərbaycana missiyasının səfərinin vaxtı dəqiqləşdirilir. Missiya Azərbaycana iqtisadiyyatda baş verən son prosesləri hökumətlə müzakirə etmək üçün gəlir”.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun