İdman

Andrea Pirlo "Yuventus"-a qayıdır

1 dəqiqə
Andrea Pirlo "Yuventus"-a qayıdır

"Nyu-York Siti"nin 37 yaşlı yarımmüdafiəçisi Andrea Pirlo “Yuventus”a qayıdacaq.

Abzas.net xəbər verir ki, Pirlo sabiq klubunda səfir kimi fəaliyyət göstərəcək.

Pirlonun "Nyu-York Siti" ilə müqaviləsi bu ilin dekabrında başa çatır. Ehtimal olunur ki, o, bundan dərhal sonra səfir kimi fəaliyyətə başlayacaq.

Yarımmüdafiəçi "Yuventus"da 2011-2015-ci illərdə çıxış edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun