Mədəniyyət

Bu il bir "Oskar" heykəlciyinin dəyəri 696 dollar təşkil edəcək

1 dəqiqə
Bu il bir "Oskar" heykəlciyinin dəyəri 696 dollar təşkil edəcək
Kino aləminin ən nüfuzlu mükafatı olan "Oskar"ın qiyməti artmaqdadır. Bu il təqdim olunacaq hər heykəlciyin dəyəri təşkilatçılara 696 dollara başa gələcək.
Report xəbər verir ki, bu barədə "Forbes" jurnalı öz saytında yazıb.
Beləliklə, ötən altı ildə heykəlciklərin dəyəri təqribən iki dəfə artmış olacaq. CBS-nin məlumatına görə, 2011-ci ildə bir "Oskar"ın dəyəri 400 dollar təşkil edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun