“Azərbaycan iqtisadiyyatı indi bir sıra göstəricilərə görə, hətta kasıb hesab edilən Ermənistana da uduzur”.
Abzas.net xəbər verir ki, bu sözləri iqtisadçı Nemət Əliyev bildirib. N. Əliyev müqayisəsində rəsmi statistikaya istinad etdiyini vurğulayır:
“Ermənistanın milli valyutası olan “dram” 2016-cı ildə orta hesabla vur-tut 0,5 faiz dəyər itirib. Azərbaycan manatı isə ötən il 55 faiz dəyər itirib. Ötən il mal ixracının həcmi ölkəmizdə 28 faiz azaldığı halda, Ermənistanda 20 faiz artıb”.
Nemət Əliyevin yazmasına görə, Ermənistanda milli valyuta ilə kredit qoyuluşu 25 faiz yüksəlib.
“Halbuki, bu göstərici bizdə 14 faizə yaxın azalıb. Demək olar ki, manatla kredit verilişi dayandırılıb. Bizdə problemli kreditlər portfelin 9 faizini təşkil etdiyi halda, Ermənistanda bu göstərici 1,3 faizdir”.
