2016-cı ildə iqisadiyyata sərmayə qoyulduğu elan olunan vəsaitin 4 milyard manata yaxınını hökumət yoxa çıxarıb. Bu barədə iqtisadçı ekspert Nemət Əliyev sosial şəbəkədə məlumat paylaşıb.
Abzas.net xəbər verir ki, iqtisadçı sərmayə adına 4 milyard manata yaxın maliyyə vəsaitinin izi-tozunun itdiyini iddia edir.
N.Əliyev bildirir ki, sanki bir parça yağlı əppək olub qeybə çəkilib. O bildirir ki, imkanı olan hər kəs hökumətə, deputatlara, YAP rəhbərliyinə sorğu versin, bəlkə həmin vəsaitin izinə düşmək mümkün oldu.
“Xatırlayırsınızsa, bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı İlham Əliyev çıxışı zamanı açıq şəkildə bildirdi ki, “ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur.” (http://www.president.az/articles/22415)
Müşavirədən sonra, yanvarın 24-də Dövlət Statistika Komitəsi isə hesabat yayaraq təsdiq etdi ki, ölkə iqtisadiyyatına 2016-cı ildə cəmi 14,9 milyard manat məbləğində sərmayə yatırılıb. Hesabatda, hətta sərmayələrin yönəldiyi ümumi istiqamətlər də sadalanıb. (http://www.stat.gov.az/macroeconomy/)
