Dörd çəki kateqoriyasında dünya çempionu olmuş Roy Jones Jr. Dünya Boks Federasiyasının versiyasına görə, 90,71 kq çəkidə planetin ən yaxşı boksçusu seçilib.
Vilminqtonda (ABŞ, ştat Delaver) rinqdə Bobby Gunn-la görüşən boksçu 8-ci raundun əvvəlində texniki nokautla rəqibi üzərində qələbə qazanıb.
48 yaşlı boksçunun hesabında 47-si nokautla olmaqla 65 qələbə, 9 məğlubiyyət var.
Roy Jones 4 fərqli çəki kateqoriyasında ( 72,6 kq-a qədər, 76,2 kq-a qədər, 79,38 kq-a qədər və çox ağır) dünya çempionu olmuş ilk boksçudur. 2015-ci ilin sentyabrında Rusiya vətəndaşlığını aldıqdan sonra Moskvada keçirilən ilk döyüşdə məğlub olsada sonrakı iki dəfə qələbə ilə qazanıb.
43 yaşlı Gunn-ın hesabında isə 18-i nokautla olmaqla, 21 qələbə, 7 məğlubiyyət və bir heç-heçə var.