Mədəniyyət

"Traviata" operası Akademik Opera və Balet Teatrı səhnəsində oynanılacaq

1 dəqiqə
"Traviata" operası Akademik Opera və Balet Teatrı səhnəsində oynanılacaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnəsində fevral ayının 25-də "Traviata" operası oynanılacaq. 
Operanın müəllifi Görkəmli italyan bəstəkarı Cüzeppe Verdidir.
Tamaşa 19:00-da başlanır. Biletləri teatrın kassalarından, mərkəzləşdirilmiş və "ASAN Xidmət" kassalarından əldə etmək mümkündür.
Opera snuncu dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində 1997-ci ildə xalq artisti, professor Cənnət Səlimovanın quruluşunda oynanılmışdır.
 

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun