Avropa Liqasında 1/4 finala bütün vəsiqələrin sahibləri müəyyənləşib
2 dəqiqə
Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan bütün komandaların adları müəyyənləşib.
"Report"un məlumatına görə, 1/8 final mərhələsinin son 5 cavab görüşü meydan sahibləri üçün uğurlu alınıb.
İngiltərənin "Mançester Yunayted", Belçikanın "Anderlext", Hollandiyanın "Ayaks" və İtaliyanın "Roma" klubları qələbə qazanıb. Lakin "Roma"ya Fransa "Lion"u üzərində qələbə kifayət etməyib. 1/4 finala "Lion" yüksəlib. Bundan başqa, Almaniya "Şalke"si ölkənin digər təmsilçisi "Borussiya" (Mönhenqladbax) komandası ilə səfər heç-heçəsi sayəsində mərhələ adlayıb.