Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib
2 dəqiqə
Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
"Report"un məlumatına görə, 8 qarşılaşmadan 3-ü heç-heçə ilə nəticələnib.
Özü də bu oyunlarda eyni nəticə qeydə alınıb - 1:1. Belə heç-heçələrdən birinə Türkiyənin yeganə təmsilçisi "Beşiktaş" Yunanıstanda "Olimpiakos"la görüşdə nail olub. Rusiyanın "Rostov" komandası "Mançester Yunayted" kimi rəqiblə matçda buraxdığı qolun əvəzini çıxa bilib. Almaniya təmsilçiləri "Şalke" və Münhenqladbax "Borussiya"sı da bir-biri ilə görüşdə hərəyə bir dəfə fərqlənib.
Qalan oyunlardan 3-də meydan sahibləri, 2-də isə qonaqlar üstün olub. Belçika təmsilçiləri "Gent" və "Genk" arasındakı görüş 7 qol, 1 qırmızı vərəqə ilə yadda qalıb. "Lion" Fransada "Roma"nı, "Kopenhagen" Danimarkada "Ayaks"ı, "Selta" isə İspaniyada "Krasnodar"ı yenib. Qrup mərhələsində "Qəbələ" ilə eyni qrupda yer almış "Anderlext" isə Kirpdə APOEL-i minimal hesabla məğlub etməyi bacarıb.