DÇ-2018: Azərbaycan millisinin əsas rəqibləri qələbə qazanıb
2 dəqiqə
Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində V tura yekun vurulub.
"Report"un məlumatına görə, üçüncü oyun günündə "C", "E" və "F" qruplarında üst-üstə 9 oyun keçirilib.
C qrupunda yer alan Azərbaycan milli komandası Almaniya yığmasına 1:4 hesabı ilə uduzub. Bundan yararlanan Çexiya səfərdə San-Marinonu 6:0 hesabı ilə yenərək, 8 xalla 3-cü pilləyə qalxıb. Şimali İrlandiya isə Norveç üzərində 2:0 hesablı qələbə sayəsində 10 xalla 2-ci pillədə möhkəmlənib. 7 xala malik Azərbaycan isə 4-cü pilləyə enib.
E qrupunun lideri Polşa səfərdə 2-ci sıradakı Monteneqronu yenməyi bacarıb. Lakin Rumıniya Polşanı məğlub edə bilmədiyi üçün Monteneqro ikinci pillədə qalıb. Ermənistan isə autsayder Qazaxıstanı məğlub edərək, xallarını 6-ya çatdırıb.
F qrupunda turnir cədvəlinə başçılıq edən İngiltərə Litvanı 2 qolla üstələyib. Sloveniya Şotlandiya ilə səfər matçında son dəqiqədə qapısında qol görüb. Əvəzində Slovakiya Maltanı səfərdə yenərək, ikinci pilləyə yüksəlib.
C qrupu
20:00 Azərbaycan – Almaniya - 1:4
Qol:Dmitri Nazarov, 31 - Andre Şürrle, 19; 81. Tomas Müller, 36. Mario Qomes, 45