Mədəniyyət

"Eurovision" müsabiqəsinin rəsmi açılışı mayın 7-də keçiriləcək

1 dəqiqə
"Eurovision" müsabiqəsinin rəsmi açılışı mayın 7-də keçiriləcək
Kiyevdə bu il "Eurovision" mahnı müsabiqəsində iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin görüşü keçirilib.
"Report" xəbər verir ki, nümayəndə heyətlərinin rəhbərləri ölkənin çıxış edəcəyi mahnının yekun versiyasını təqdim edib.
Görüşdə müsabiqə zamanı açılan ənənəvi Avropa kəndi (Euro Village) Kreşatik küçəsində fəaliyyət göstərəcək.
Müsabiqənin rəsmi açılışı isə mayın 7-də Kiyevdəki Mariinski sarayında keçiriləcək.
Xatırladaq ki, müsabiqə 9, 11 və 13 may tarixlərində keçiriləcək. Azərbaycanı yarışmada "Skeletons" (Skeletlər) mahnısı ilə DiHaj (Diana Hacıyeva) təmsil edəcək.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun