İqtisadiyyat

"NordStar" Rusiyanın üç şəhərindən Azərbaycana uçuşları dayandırır

1 dəqiqə
"NordStar" Rusiyanın üç şəhərindən Azərbaycana uçuşları dayandırır
Rusiyanın "NordStar" aviaşirkətinin Azərbaycanın bir neçə şəhərinə aviareys yerinə yetirməsinə qadağa qoyulub.
"APA" xəbər verir ki, Rusiyanın Federal Hava Nəqliyyat Agentliyinin qərarına əsasən adıçəkilən şirkət İrkutsk-Bakı, Kazan-Bakı və Moskva-Lənkəran reysləri üzrə uçuşlar yerinə yetirə bilməyəcək. Söhbət həm sərnişin, həm də yük daşımalarından gedir.
Dövlət qurumu bu addımın səbəbini açıqlamayıb.
Buna baxmayaraq, "NordStar" hər biri həftədə iki dəfə olmaqla Ufa-Bakı və Norilsk-Ufa-Bakı aviareysləri üzrə uçuşlarını davam etdirəcək.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun

"NordStar" Rusiyanın üç şəhərindən Azərbaycana uçuşları dayandırır - Abzas Media | Abzas.net