İdman

Argentina yığmasının baş məşqçisi istefaya göndərilib

1 dəqiqə
Argentina yığmasının baş məşqçisi istefaya göndərilib
Argentinanın futbol üzrə yığma komandasının baş məşqçisi Edqardo Bausa istefaya göndərilib.
Bunu Argentina futbol Assosiasiyasının rəhbəri Klaudio Tapiya bəyan edib.
Bundan əvvəl Braziliyanın “San-Paulu” klubuna rəhbərlik edən Edqardo Bausa ötən ilin avqustundan Argentina yığmasına rəhbərlik edirdi. 59 yaşlı mütəxəssis Amerika Kubokunun finalından sonra vəzifəsindən istefa verən Herardo Martinonu əvəzləmişdi.
Hazırda Argentina yığması 2018-ci il dünya çempionatının Cənubi Amerika zonası üzrə qrup mərhələsində 5-ci yerdə qərarlaşıb.
Edqardo Bausa 2008-ci ildə Ekvadorun “Kito”, 2014-cü ildə isə Argentinanın “San-Lorenso” klubu ilə Libertadores Kubokunun qalibi olub.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun