Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatma İsveçrənin Nyon şəhərində baş tutub.
Abzas.net xəbər verir ki, püşkatma nəticəsində İspaniyanın Madrid şəhərinin əsas komandaları "Real" və "Atletiko" bir-birinə rəqib olub. Digər yarımfinal oyunu isə Fransanın "Monako" və İtaliyanın "Yuventus" komandaları arasında olacaq.
İlk oyunlar 2-3 mayda adları birinci göstərilən komandaların meydanında, cavab görüşləri isə 9-10 mayda olacaq.