"Flydubai" aviaşirkəti mövsümlə əlaqədar birbaşa uçuşlar şəbəkəsini genişləndirir.
"Report"un məlumaınta görə, aviaşirkət Dubaydan yay uçuşları qrafikinə Gürcüstanın Batumi, Azərbaycanın Qəbələ və Monteneqronun Tivat şəhərini də əlavə edib.
Belə ki, Dubay-Qəbələ aviareysləri iyunun 22-dən sentyabrın 17-dək, həftədə 2 dəfə (IV və VI günlər) yerinə yetiriləcək.
"Flydubai" BƏƏ, Yaxın Şərq, Avropa, Hindistan, Şimali Afrika regionu da daxil olmaqla, 44 ölkə və 93 istiqamət üzrə uçuşlar yerinə yetirir.