"AtaBank" ASC və "Caspian Development Bank” ASC-nin ("CDB Bank") səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair "PwC" beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib.
Bildirilib ki, "CDB Bank" ASC-nin yenidən təşkil şəklində ləğv edilərək "AtaBank" ASC-yə qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib.
"AtaBank" və "CDB Bank" ASC-lər tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.
Bankların birləşməsi haqda qərarını "Facebook" səhifəsində şərh edən iqtisadçı Samir Əliyev bildirib ki, Azərbaycanda bankların konsolidasiyasiyası çətin prosesdir və hətta son vaxtlar qeyri-mümkün olub:
“Bunun bir neçə səbəbi var, onlardan biri bank sahiblərinin məsuliyyəti və səlahiyyəti başqası ilə bölüşmək istəməsidir. Müxtəlif sahibi olan bankların birləşməsi mümkün olmasa da, eyni sahibi olan bankların birləşməsi realdır”.
[caption id="attachment_1856" align="alignnone" width="1175"]
Samir Əliyev[/caption]
