Azərbaycan-Rusiya sərhədində yerləşən "Yaraq-Qazmalar" nəzarət-buraxılış məntəqəsində yeni körpünün tikintisi ilə əlaqədar iriqabaritli yük maşınları üçün sərhəddə hərəkət dayandırılacaq.
RİA "Novosti" agentliyi xəbər verir ki, buna səbəb yük maşınlarının hərəkəti üçün alternativ marşrutun olmamasıdır.
"Yaraq-Qazmalar" keçidi yük maşınları üçün yeganə buraxılış məntəqəsidir. Ehtiyat variantı kimi yük maşınlarının "Tahirkənd-Qazmalar" nəzarət buraxılış məntəqəsindən hərəkət etməsi təklif olunur. Ancaq burada müəyyən problemlər mövcuddur və "Qafqaz" federal trasına qədər yol yoxdur.
