Bu gün futbol üzrə Avropa Liqasında finalçılar müəyyənləşəcək
1 dəqiqə
Bu gün futbol üzrə Avropa Liqasında finalçıların adına aydınlıq gələcək.
Həlledici görüşə vəsiqə qazanacaq komandalar İngiltərə və Fransada keçiriləcək yarımfinal mərhələsinin cavab oyunlarından sonra bəlli olacaq.
İlk qarşılaşmaların nəticələrinə əsasən "Mançester Yunayted”lə "Ayaks” finalçı olmağa daha yaxındır. İngiltərə təmsilçisi İspaniyada "Selta”nı 1 cavabsız qolla üstələdiyi halda, Hollandiya komandası evdə "Lion”u darmadağın edib - 4:1.
Final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək.