017-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 5 mlrd. 21,9 mln. manat, xərcləri 5 mlrd. 390 mln. manat təşkil edib.
APA Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara istinadən xəbər verir ki, büdcənin icrasında 368,1 mln. manatlıq və ya ümumi daxili məhsulun 1,8%-i qədər kəsir yaranıb.
2017-ci ilin birinci rübündə dövlət büdcəsinə 3 mlrd. 591,7 mln. manat vəsait daxil olub, büdcədən müxtəlif sosial-iqtisadi tədbirlərin maliyyələşdirilməsinə 3 mlrd. 912,7 mln. manat xərclənib. Büdcənin icrasında yaranmış 321 mln. manatlıq kəsir ümumi daxili məhsulun 2,1%-ni təşkil edib.
