“Dünya bazarında buğdanın qiyməti 137 dollardan 187 dollara qalxıb. Bu o deməkdir ki, yaxın vaxtlarda Azərbaycanda da çörək buna adekvat olaraq bahalaşacaq”, - iqtisadçı Qadir İbrahimlinin sözləridir.
İqtisadçı bahalaşmanı buğdanın idxalı ilə bağlayır. Deyir, yediyimiz çörək tam idxal buğdasıdır:
“Azərbaycan 1,8 milyon ton taxıl istehsal etməsinə baxmayaraq, ildə 1,4 milyon ton buğda idxal edir. Çünki Azərbaycan taxılı aşağı keyfiyyətlidir və ərzaq buğdası standartlarına cavab vermir”.
