Mədəniyyət

“Mən İranı sevirəm, lakin o alkoqolik ata kimidir…”

1 dəqiqə
“Mən İranı sevirəm, lakin o alkoqolik ata kimidir…”
Tanınmış iranlı kinorejissor Mohammad Rasoulof 2017-ci il Kann Kino Festivalının nüfuzlu mükafatını qazanıb.
Mayın 27-də 45 yaşlı Rasoulofun çəkdiyi “Düz adam” (Lerd) filmi Un Certain Regard müsabiqəsində əsas mükafata layiq görülüb.
Bu film qızıl balıq yetişdirilən fermada çalışan və korruspsiyanın tələsinə düşən adam haqqındadır.

[caption id="" align="alignnone" width="650"]"Düz adam" filmindən kadr "Düz adam" filmindən kadr[/caption]



Rasoulof 2010-cu ildə 2009-cu ilin ziddiyyətli prezident seçkisi haqqında çəkdiyi sənədli filmə görə 6 il həbs cəzası alıb. Ona habelə 20 il müddətində kino çəkmək qadağan olunub. Onun cəzası sonradan 1 ilə endirilib.

Elə həmin il o Un Certain Regard müsabiqəsində ən yaxşı rejissor mükafatına sahib olub.

İranlı rejissir Rasoulofun heç bir filmi öz ölkəsində nümayiş etdirilməyib.

Mükafat elan edikldikdən sonra Rasoulof Reuters agentliyinə deyib: "Mən İranı sevirəm, lakin o alkoqolik ata kimidir. Elə hey məni döyür”.

Kann Kino Festivalının əsas qalibi mayın 28-də məlum olacaq.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun