Dünya Çempionatı: Azərbaycan Şimali İrlandiyaya məğlub olub [video]
1 dəqiqə
Dünya Çempionatı 2018-in seçmə mərhələsi çərçivəsində 6-cı turun oyunları keçirilib. Milli komandamız da növbəti matçına çıxıb.
Abzas.net xəbər verir ki, Azərbaycan yığması Bakıda Şimali İrlandiya millisini qəbul edib. Bu görüşdə milli komanda minimal hesabla məğlub olub – 0:1.
Bu qələbə ilə Şimali İrlandiya xalını 13-ə yüksəldib və 2-ci pillədəki yerini möhkəmləndirib. Azərbaycan milli komandası isə 7 xalla 4-cü pillədə qalıb.
Şimali İralandiya ilə Belfastdakı ilk oyunda da Azərbaycan komandasıməşğul olmuşdu - 4-0.
Azərbaycan – Şimali İrlandiya – 0:1
Qol: Dallas, 90+2