İdman

AFFA-nın baş katibi UEFA-da İdarə Heyətinə üzv seçilib

1 dəqiqə
AFFA-nın baş katibi UEFA-da İdarə Heyətinə üzv seçilib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov UEFA-nın Uşaq Fondunun (UEFA Foundation for children) İdarə Heyətinə üzv seçilib.

Abzas.net qurumun rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın Uşaq Fondu uşaqların sağlam həyat tərzinə yönləndirilməsi, uşaq futbolu və digər çoxsaylı layihələr həyata keçirir.

UEFA-nın Uşaq Fonduna Avropa Komissiyasının sabiq prezidenti Joze Manuel Barrozo rəhbərlik edir.

Fond 2015-ci il aprelin 24-də fəaliyyətə başlayıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun