İqtisadiyyat

'Azərenerji'nin 'SOCAR'-a borcu 254 mln. manat təşkil edib

1 dəqiqə
'Azərenerji'nin 'SOCAR'-a borcu 254 mln. manat təşkil edib

2017-ci ilin yanvarın 1-nə "Azərenerji" ASC-nin SOCAR-dan əldə etdiyi yanacağa görə borc öhdəliyi 254 mln. manat təşkil edir.

Abzas.net xəbər verir ki, bu barədə SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatında deyilir.

2016-cı ilin yanvarın 1-nə bu rəqəm 312 mln. manat olub. Beləliklə, ötən il ərzində "Azərenerji"nin SOCAR-a olan borcu 58 mln. manat azalıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun