İqtisadiyyat

Dünya birjalarında neft bahalaşıb

1 dəqiqə
Dünya birjalarında neft bahalaşıb

Dünya birjalarında neftin qiymətində artım müşahidə olunub.

Abzas.net xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 dollar və ya 0,56% artaraq 46,60 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar və ya 0,53% artaraq 48,86 dollar olub.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun