İdman

"İnter" və "Qəbələ"nin Avroliqakı növbəti oyunlarının vaxtı müəyyənləşib

1 dəqiqə
"İnter" və "Qəbələ"nin Avroliqakı növbəti oyunlarının vaxtı müəyyənləşib

UEFA Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycan klublarının Bakıda keçiriləcək növbəti oyunlarının vaxtı bəlli olub.

Abzas.net xəbər verir ki, Bakının “İnter” klubu iyulun 12-də Lüksemburqun “Fola Eş” klubunu qonaq edəcək. Oyun “Dalğa Arena”da saat 20:00-da başlayacaq.

Qəbələnin eyni adlı komandası isə iyulun 13-ü saat 21:00-da “Bakcell Arena”da Polşa “Yagelloniya”sını qəbul edəcək.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun