"Qarabağ" klubu Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Samtredia" ilə keçirəcəyi matçlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.
Klubdan “Report”a verdilən məlumata görə, Ağdam təmsilçisinin heyətinə 25 futbolçu daxil edilib. Onlardan 4-ü qapıçı, 9-u müdafiəçi, 9-u yarımmüdafiəçi, 3-ü isə hücumçudur.
Qapıçılar: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 13. İbrahim Şehiç, 94. Məmməd Hüseynov
Müdafiəçilər: 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 8. Migel Madera, 17. Donald Gerryer, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 77. Elşən Abdullayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Hücumçular: 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 44. Ağabala Ramazanov
"Qarabağ" "Samtredia" ilə ilk görüşünü Bakıda keçirəcək. İyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matç saat 21:00-da başlayacaq. Cavab qarşılaşması isə bir həftə sonra Tbilisidə olacaq.
!["Qarabağ" klubu Çempionlar Liqası üçün sifariş ərizəsini göndərib [siyahı]](/_next/image?url=https%3A%2F%2Fs3.eu-central-1.amazonaws.com%2Fabzasmedia%2Fmedia%2Ffeatured_images%2F2022%2F07%2F02%2Fqaraba%25C4%259F_xeKrAXa.jpg&w=3840&q=75)