İdman

Qarabağın Avropa macərası başlayır

1 dəqiqə
Qarabağın Avropa macərası başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası Çempionlar Liqasında ilk matçına çıxacaq.

Abzas.net xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Ağdam təmsilçisinin rəqibi Gürcüstan çempionu “Samtredia”dır.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma türkiyəli hakimlərə həvalə olunub.

Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Baş hakim: Mete Kalkavan

Baş hakimin köməkçiləri: Halil Meler, Esat Sancaktar

Dördüncü hakim: Erdem Bayik

(hakimlər briqadası Türkiyədəndir)

UEFA nümayəndəsi: Qrem Hover (İngiltərə)

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun